İzmirdə zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olan Küçükyumuk ailəsi dəfn edilib.
LEQAL.AZ milli.az-istinadən xəbər verir ki, xilasedicilər tərəfindən uçqun altında cansız bədənləri aşkarlanan Eda-Mert cütlüyü və iki yaşlı övladları Ateş torpağa tapşırılıb.
Qeyd edək ki, cütlük Dokuz Eylül Universitetində təhsil alarkən tanış olub, beş il əvvəl ailə həyatı qurub.