Bu gün Amerika Birləşmiş Ştatlarında yerli vaxtla səhər saat 6-da prezident seçkilərinə start verilib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, pandemiya dövründə səsvermənin təhlükəsizliyinin təmin edilməsində ştatlara kömək məqsədilə təqribən 100 milyon nəfər seçici artıq noyabrın 3-dək növbədənkənar səsvermədə iştirak ediblər. İlk səs verənlər arasında Prezident Tramp və onun demokrat opponenti, sabiq vitse-prezident Cozef Bayden də olub. Onlar hər ikisi seçkilər günündə seçki məntəqələrində ənənəvi fotosessiyalardan imtina etmək qərarına gəliblər.
Prezident seçkilərindən əlavə, Birləşmiş Ştatların Nümayəndələr Palatasındakı bütün 435 yer və ABŞ Senatındakı 100 yerdən 33-ü uğrunda səsvermə keçiriləcək.