RF Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Sultan Həmzəyev bir sıra cinayətkarlar üçün ölüm hökmünün tətbiqini təklif edib.
Həmzəyev bildirib ki, yetkinlik yaşına çatmayanların zorlanmasına görə əvvəllər məhkum olunmuş pedofillərin ömürlük azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyir. O əlavə edib ki, belə cinayətkarlar daha da sərt məsuliyyət daşımalıdırlar.
“Bir şey dəqiqdir. Belə cinayətə qadir olanlar daha yüksək müddətə yox, ölüm cəzasına layiqdirlər”, - deyə deputat vurğulayıb.
Siyasətçi əlavə edib ki, Dövlət Dumasının birinci oxunuşda qəbul etdiyi qanun yalnız “pedofillər-təkrar cinayət törədənlər” üçün cəza nəzərdə tutur.
“Ancaq mən hesab edirəm ki, hər bir belə cinayətkar birinci cinayətdən dərhal sonra maksimum cəza almalıdır. Düşünürəm ki, cəzanın dərəcəsini sistemli şəkildə artırmaq düzgün olardı”, - deyə o fikrini yekunlaşdırıb.
Mənbə: RİA Novosti