Bu gün, oktyabrın 29-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan müəssisə əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminarda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunisov iştirak edərək müəssisə əməkdaşlarına müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra seminar-müşavirə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi Ceyhun Bəşirovun iştirakı ilə davam edib, görülən işlər və qarşıda duran vəzifələr, oktyabr ayında aparılmış monitorinqlərin nəticələri müzakirə olunub. Daha sonra mədəniyyət sahəsində mövcud problemlər dinlənilib, suallar cavablandırılıb və səsləndirilən təkliflər qeydə alınıb.
Yekunda C.Bəşirov tərəfindən mövcud problemlərin həlli üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib.