“Vosmoy” bazarında söküntü işləri aparılır

“Vosmoy” bazarında söküntü işləri aparılır
  • İqtisadiyyat

  • ƏəBakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.

    Leqal.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətindən bildirilib.

    Qeyd olunub ki, ötən gündən başlayaraq bazarın yaxın ətrafında küçə ticarətinin yığışdırılmasına, ərazidə səliqə-sahmanın bərpa olunmasına start verilib.

    Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər