Ukraynada koronavirusa yoluxma hallarında artım davam edir.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, ötən gün ölkədə 110 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7306 nəfərə çatıb.
Ötən gün Ukraynada 7959 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 395 min 440-a çatıb, 161 min 441 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Lvov və Xarkov vilayətlərində qeydə alınıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.