Qazaxıstanda koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirus infeksiyasına ən çox yoluxma halı Almatıda müşahidə olunub.
LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, son sutka ərzində ölkədə 179 yeni yoluxma halı qeydə alınıb.
Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 110 min 86 nəfərə çatıb .
Pandemiya qurbanlarının sayı 1796 nəfərə, sağalanların sayı isə 105 min 493-ə çatıb.