İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, son məlumata görə, xəstəxanaya yerləşdirilmiş 243 yaralının müalicəsi davam etdirilir. Dağılmış 9 çoxmənzilli binada axtarış-xilasetmə işləri yekunlaşıb. Daha 8 binada xilasetmə əməliyyatları davam edir. Zaman-zaman dağıntılar altından insanların sağ olaraq çıxarıldığı barədə xəbərlər gəlir.
Anadolu agentliyinin yaydığı xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.