Gürcüstanda son sutkada daha 1673 nəfər koronavirusa yoluxub, 2 881 nəfər sağalıb, 22 pasiyent pandemiyanın qurbanı olub.
LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında yerləşdirilib. Bildirilib ki, bununla ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 38 936-ya çatıb. Sağalanların sayı 22 691, həyatını itirənlərin sayı isə 307 olub.
Hazırda karantində 3 001, stasionar nəzarətdə isə 4 136 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 2 245 nəfər xüsusi otellərdə müalicə olunur.