Rusiyada virusdan ölüm sayında rekord

Rusiyada virusdan ölüm sayında rekord
  • Dünya

  • Rusiyada COVID-19 qurbanlarının sayında ardıcıl beşinci həftədir ki, rekord qeydə alınıb.

    Bu barədə TASS məlumat verib.

    Məlumata əsasən, son 7 gün ərzində ölkədə 5455 nəfər koronavirus səbəbindən vəfat edib ki, bu da pandemiyanın başlanmasından bəri ən yüksək həftəlik göstəricidir.

    Həmçinin, həftə ərzində ölkədə virusdan ölüm əmsalı da yüksələrək 2.51%-ə çatıb.

    Xəstəliyin başlıca ocağı isə paytaxt Moskva olaraq qalır.
    PAYLAŞ:

    Oxşar xəbərlər