Postmüharibə dövründə 929 qaziyə 6200-dək reabilitasiya vasitəsi verilib

Postmüharibə dövründə 929 qaziyə 6200-dək reabilitasiya vasitəsi verilib
  • Cəmiyyət

  • Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6200-dək reabilitasiya vasitəsi verilib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanılıb.

    Bu ilin martından əlilliyi olan şəxslər mühərrikli təkərli oturacaqla təmin olunur. Əlilliyi olan şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə iştirakçılarıdır.

    Postmüharibə dövründə nazirliyin reabilitasiya müəssisələrində 1300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.

    Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər