Ötən ay Azərbaycanda 9 nəfər minaya düşüb, 4 nəfər ölüb

Ötən ay Azərbaycanda 9 nəfər minaya düşüb, 4 nəfər ölüb
  • Cəmiyyət

  • 2021-ci ilin iyun ayında Azərbaycanda 3 mina partlayışı zamanı 8 mülki şəxsin və 1 hərbçinin mina qurbanı olduğunu qeydə alınıb.

    Bu barədə LEQAL.AZ-a Minalar Əleyhinə Azərbaycan Kampaniyasından məlumat verilib.

    Bildirilib ki, bu hadisələr nəticədə 4 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.

    İyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonlarının ərazisində baş verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər