Bu il üçün Masallı şəhərinin 22 küçəsində (Həsən Əliyev, N.Gəncəvi, S.Mehmandarov, Z.Yaqub, Xətai, X.Ulutürk, Ə.Rəcəbli, Z.Tağıyev, X.Şirvani, Cavanşir küçəsi döngə 1, Aşıq Alı, Azərbaycan küçəsi döngə 1 və döngə 2, Y.Məmmədəliyev, Təbriz küçəsi döngə 1 və döngə 2, A.Səhhət, İ.Əsgərli, Z.Əliyeva döngə 1, Qarabağ küçəsi döngə 4, Heydər Əliyev prospekti döngə 4 və S.Bəhlulzadə) asfalt beton təmiri işləri nəzərdə tutulub.
Bir neçə gündür ki, bu işlərə start verilib.
Belə ki, ümumi uzunluğu 9 kilometrə yaxın şəhərin 22 küçəsində 38000 kvadratmetr asfalt döşənməsi nəzərdə tutulub. Artıq uzunluğu 1200 metr olan Xətai küçəsinə 7200 kvadratmetr, uzunluğu 850 metr olan Əhməd Rəcəbli küçəsinə 3130 kvadratmetr, uzunluğu 636 metr olan N.Gəncəvi küçəsinə 2414 kvadratmetr, uzunluğu 636 metr oolan Həsən Əliyev küçəsinə 2290 kvadratmetr, uzunluğu 420 metr olan Heydər Əliyev prospekti döngə 3-də 1704 kvadratmetr, uzunluğu 290 metr olan A.Səhhət küçəsinə 1044 kvadratmetr və Aşıq Alı küçəsinin 110 metrlik hissəsinə 396 kvadratmetr asfalt örtük döşənib.
Əlavə olaraq hazırda uzunluğu 405 metr olan Təbriz küçəsi döngə 1 və döngə 2-də asfalta hazırlıq işləri görülüb, uzunluğu 240 metr olan S.Mehmandarov küçəsində birinci qat asfalt ötrüyü döşənib.
Gündəlik olaraq digər küçələrdəki asfalt-beton təmiri işləri barədə məlumat veriləcək.
Müəllif: Əlihüseyn Şükürov