Masallıda 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Masallıda 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
  • Cəmiyyət

  • Bu gün, 26 iyun 2021-ci il tarixdə ara məsafəsi gözlənilmək şərtilə Masallı şəhərinin Qəhrəmanlar Parkında 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününün yaranmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

    Tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı, Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, gənclər, ictimaiyyət və media nümayəndələri şəhərimizin Qəhrəmanlar Parkındakı Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən 246 masalılı şəhidin adları olan abidənin önünə təzə-tər gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla ziyarət ediblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov çıxış edərək geniş nitqində qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ulu Öndərin siyasi varisi, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Azərbaycan tarixinin ən yaddaqalan səhifəsidir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş, qazi əsgər və zabitlərimizlə daim fəxr edirik. -Bizi sizi şəhid olmağa göndərməmişdik. Sizi Vətən müharibəsinə ona göndərmişdık ki, şəhidlərimizin qisasını alasınız, vüqarımızı, millətimizin qürurunu qaytarasınız. Ali Baş Komandanımız İlham Əliyev 44 günlük müharibə dövründə 200 ildən sonra xalqına Qələbə sevincini yaşatdı. Bu gün biz Qalib Ölkənin vətəndaşlarıyıq...- deyə icra başçısı bildirib.

    Sonra Milli Məclisin deputatı, Professor Anar İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, iki şəhid-Aprel döyüşçüsü Nurlanın və «Vətən Müharibəsi Qəhrəmanı», şəhid gizir İntiqam Əsgərlinin anası Ziba Əsgərova və başqaları çıxış edib, Ulu Öndərimiz Heydər Əliyevin hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirdiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin, qazilərimizin hünərindən söz açıblar. Natiqlər qeyd ediblər ki, şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı bu gün də ölkəmizdə, o cümlədən Masallıda uğurla davam etdirilir. Bu gün bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur.

    Sonra cənab Ş.Məmmədov bir daha Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən danışıb, bu qələbənin əldə olunmasında öz həyatlarını və sağlamlıqlarını itirən insanlara minnətdarlıq edib, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, döyüşlərdə fərqləndiklərinə görə müharibə veteranlarına, qazilərə, onların ailələrinə və vətənpərvərlik işinin təşkilində xidməti olanlara minnətdarlıq edib və hər kəsi Ali Baş Komandanın ətrafında daha sıx birləşərək, Müzəffər Azərbaycan Ordusuna dayaq olmağa çağırıb, onların-ilkin mərhələdə 144 nəfər masallılılı əsgər və zabitlərimizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə sahib olduqları orden və medalları və vəsiqələrini (sağlığında və ölümündən sonra) təqdim edib.

    Qeyd edək ki, təltiflərin təqdimolunma mərasaimində rayonun digər məsul şəxsləri və ictimai təşkilatların nümayəndələri də iştirak ediblər.

    Axırda rayon rəhbəri şəhid ailələri və qazilərin həyatı ilə maraqlanıb, söhbətlər aparıb, məsul vəzifəli şəxslərə tapşırıqlarını verib.

    LEQAL.AZ.
    PAYLAŞ:

    Oxşar xəbərlər