Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - 1999-2007-ci illərdə Latviyanın Prezidenti olmuş Vaira Vike-Freyberqa və 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti olmuş İsmail Serageldin Azərbaycan Prezidenti İham Əliyevə məktub göndəriblər.
LEQAL.AZ APA-ya istinadən xəbərinə görə, məktubda deyilir:
"Hörmətli Prezident Əliyev.
Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlarla yanaşı, tarixi Gəncə şəhərinin dəhşətli hücumlara məruz qalmasından böyük kədər hissi keçiririk. Bu dəhşətli zorakılığın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk.
Biz Sizin rəhbər kimi daşıdığınız məsuliyyətli yükü yalnız təsəvvür edə bilərik. Amma inanırıq ki, müdrikliyiniz və qətiyyətliyiniz sayəsində düşmənlərinizə və maneələrə baxmayaraq ölkənizi bu ağır sınaqdan uğurla çıxararaq ədalətə və beynəlxalq hüquqa hörmətə əsaslanan sülhə doğru aparacaqsınız.
Oktyabrın 18-i - Azərbaycanın müstəqilliyini qeyd etdiyimiz bu gün gələcəyə baxarkən keçmiş nailiyyətlərimizdən güc və inam almaq üçün daha bir səbəbdir. Gəncə və bütün Azərbaycan vətəndaşları ilə həmrəy olduğumuzu vurğuladığımız bir vaxtda bu gün həm də gələcək barədə düşünmək üçün bir imkandır.
Dəstəyimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik".