İcra başçısı: Sentyabrın 27-dən bu günədək Tərtərə 15 min 500-ə yaxın mərmi düşüb

İcra başçısı: Sentyabrın 27-dən bu günədək Tərtərə 15 min 500-ə yaxın mərmi düşüb
  • Cəmiyyət

  • Tərtər mütəmadi olaraq atəş altındadır. Sentyabrın 27-dən bu günə qədər rayona, ümumilikdə, 15 min 500-ə yaxın mərmi düşüb. Hətta elə olub ki, bir gündə 2280 ədəd mərmi düşüb.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrinin Tərtər rayonuna səfəri zamanı yerli və xarici mətbuata açıqlamasında deyib.

    Onun sözlərinə görə, mərmilərin düşməsi nəticəsində 17 nəfər dinc sakin həlak olub: “Onlardan 1-i uşaq, 1-i isə qadındır. 61 nəfər yaralımız var. Yaralıların 51-i artıq öz evlərinə buraxılıb. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına (1-i tamamilə dağıdılıb) ziyan dəyib. Ümumilikdə, 1200-ə yaxın insan ermənilərin Tərtərə hücumundan ziyan çəkib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər