Bakı Nəqliyyat Agentliyinin ilk dəfə maliyyə hesabatı açıqlanıb

Bakı Nəqliyyat Agentliyinin ilk dəfə maliyyə hesabatı açıqlanıb
  • Cəmiyyət

  • Bakı Nəqliyyat Agentliyi (BNA) 2018-ci ili 32,156 milyon manat zərərlə başa vurub. Bununla da, Agentliyin yığılmış zərəri 3,7 dəfə artaraq 44,182 milyon manata çatıb.

    LEQAL.AZ  report-a istinadən xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında deyilir.

    Sənədə əsasən, həmin il BNA cəmi 68 min manat əməliyyat gəliri əldə edib. Agentliyin xərcləri isə 32,224 milyon manat, o cümlədən əmək haqqı və işçilərlə bağlı digər xərcləri 1,659 milyon manat, amortizasiya xərcləri 8,132 milyon manat, əməliyyat xərcləri 16,416 milyon manat, digər xərcləri isə 6,019 milyon manat təşkil edib.

    2019-cu il yanvarın 1-nə BNA-nın aktivləri 139,699 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Hesabat dövründə Agentliyin 83 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,5 dəfə artaraq 139,616 milyon manata çatıb, o cümlədən 49,068 milyon manatlıq nizamnamə kapitalı formalaşıb, ona dövlət xətti ilə qoyulmuş investisiyalar isə təxminən 2 dəfə artaraq 134,73 milyon manat olub.

    Xatırladaq ki, BNA “Paytaxtda nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb, “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” dövlət başçısının 24 noyabr 2016-cı il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakıda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər