İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib
  • Cəmiyyət

  • Bu gün Azərbaycan səhiyyəsi iki cəbhədə mübarizəni davam etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ön cəbhədə və koronavirusla mübarizədə səhiyyə resurslarımız səfərbər olunub və bütün lazımi addımlar atılır.

    Ölkəmiz üçün bu məsuliyyətli dönəmdə xalqın birlik və həmrəylik nümayiş etdirərək dövlətə dəstək olması qürurvericidir. Vətəndaşlar tərəfindən orduya dəstək aksiyaları yüksək vətənpərvərlik hissi ilə ümumxalq hərəkatına çevrilməkdədir.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən LEQALAZ-a bildirilib ki, son zamanlar bir çox azərbaycanlı iş adamlarının səhiyyəyə, dolayısı ilə orduya dəstək məqsədli müraciətləri çoxalmaqdadır. İş adamları ölkə üzrə tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılmasına dəstək olurlar. Agentlik həmin şəxslərə öz təşəkkürünü bildirir və bu fəaliyyəti yüksək qiymətləndirir. “Sözügedən dəstək təşəbbüslərinin artmasını nəzərə alaraq bildiririk ki, tibb müəssisələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın səmərəliliyinin artırılması məqsədilə agentliyə müraciət edilməsi məqsədəuyğun hesab edilir. Bununla bağlı müraciətlərin qeyd edilən elektron poçt ünvanına ([email protected]) göndərilməsi xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər