Şəhid media nümayəndəsinin babası: “Yenicə ailə qurmuşdu”

Şəhid media nümayəndəsinin babası: “Yenicə ailə qurmuşdu”
  • Cəmiyyət

  • “Qismətidir, şəhid olub. Məlumatı eşitdikdən sonra dəqiqləşdirdik. Nəşin nə vaxt gətiriləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur”.

     Bu sözləri bu gün Kəlbəcərdə xidməti vəzifəsini yetirərkən minaya düşərək həlak olan AZƏRTAC-ın əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov deyib.

    O qeyd edib ki, Məhhərəm İbrahimovun iki oğul övladı var: “Birinin beş yaşı var, birinin üç”.

    Məhərrəm İbrahimovla birgə şəhid olan Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışovun babası Qardaşxan Abıyev isə bildirib ki, o yenicə ailə qurmuşdu: “Nəvə itirmək ağır dərddir. Bir övladı var”.

    PAYLAŞ:

    Oxşar xəbərlər