Mayın 30-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 44 min 735 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 414, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5 min 321 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 252 min 809-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 778, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 31 nəfərdir.