Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti hazırda Bərdə rayonundadır

Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti hazırda Bərdə rayonundadır
  • Cəmiyyət

  • Xəbər verildiyi kimi, oktyabrın 28-də Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Hazırkı vəziyyətə görə, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

    Fövqəladə Hallar Nazirliyindən LEQAL.AZ-a bildiriblər ki, hadisə ilə bağlı hazırda Fövqəladə Hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı

    Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev Bərdə rayonundadırlar.

    Nazir müavinləri raket zərbələrinin hədəfinə gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla görüşüb, yaralılara baş çəkiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər