Respublika Günü münasibətilə Türkiyədə xüsusi jurnal çap edib

Respublika Günü münasibətilə Türkiyədə xüsusi jurnal çap edib
  • Cəmiyyət

  • Türkiyədə 28 may-Respublika Günü münasibətilə xüsusi jurnal çap edilib.

    LEQAL.AZ  xəbər verir ki, “Dünəndən bu günə Azərbaycan-Türkiyə əlaqələri” adlı nəşr İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyi tərəfindən hazırlanıb.

    Türkiyənin İstanbul, Ankara və Antalya şəhərlərində ictimaiyyətə təqdim edilən jurnalda Azərbaycan Demokratik Respublikasının qurulması, ulu öndər Heydər Əliyev dövründə Türkiyə-Azərbaycan münasibətləri, Azərbaycanın elm adamları və bir sıra digər mövzularda geniş məqalələr yer alıb./azərtac/

     
    PAYLAŞ:

    Oxşar xəbərlər