Mayın 27-də Azərbaycanda koronavirusa qarşı 51 minə yaxın doza vaksin vurulub

Mayın 27-də Azərbaycanda koronavirusa qarşı 51 minə yaxın doza vaksin vurulub
  • Cəmiyyət

  • Mayın 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 50 min 903 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41421, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9482 nəfər olub.

    Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 106 min 889-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 226 min 201, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 880 min 688 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər