Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb

Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
  • Cəmiyyət

  • Mayın 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 3 min 694 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1223, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2471 nəfər olub.

    Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 798 min 743-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 32 min 54, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 766 min 689 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər