Rekord isti il gözlənilir

Rekord isti il gözlənilir
  • Cəmiyyət

  • BMT Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın beş ildə rekord isti gözlənilir.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə “axios” məlumat yayıb.

    Təşkilatın xəbərinə görə, 2021-2025-ci illər arasında azı bir ilin “ən isti” olmaq şansı 90%-dir.

    Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40% ehtimalla 1,5°C üstələyəcək.

    ÜMT baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir./oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər