"Liderlik" mövzusunda onlayn seminar keçirilib

"Liderlik" mövzusunda onlayn seminar keçirilib
  • Cəmiyyət

  • Mayın 26-sı Azərbaycan İdman Könüllülüləri ictimai birliyinin və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə "Liderlik" mövzusunda onlayn seminar keçirildi.

    Təlimçi Nərmin Davidli liderlik haqqında doğru bildiyimiz yanlışlıqlar, liderlik xüsusiyyətini inkişaf etdirən metodlar və avtoritar liderlik, demokratik liderlik və liberal liderlik haqqında geniş məlumat verdərək mövzunu praktiki nümunələr üzərindən izah etdi.

    Nərmin Davidli uğurlu lider olmaq üçün vacib amillərdən danışarkən, komandada motivasiyanın qurulması, əməkdaşın fəaliyyətinin nəticələrinin ölçülməsi və hədəflərin müəyyən edilməsi, həmçinin iş qrupunu real komandaya çevirmək texnikasının və şəxslərarası kommunikasiyanın düzgün qurulmasının önəmini də vurğuladı.

    Müəllif: LEQAL.AZ


    PAYLAŞ:

    Oxşar xəbərlər