Mayın 31-də Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək

Mayın 31-də Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək
  • Cəmiyyət

  • Mayın 31-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək.

    Mətbuat Şurasından LEQAL.AZ-a verilən məlumata görə, həmin gün həm aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərə vaksinin ikinci dozası tətbiq ediləcək, həm də vaksinasiyadan keçməmiş media təmsilçilərinə peyvənd olunmaq üçün şərait yaradılacaq.

    Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
    1. Adı, soyadı, atasının adı;
    2. Doğum tarixi;
    3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
    4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

    Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected][email protected] ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.

    Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02

    Qeyd edək ki, COVID-19 infeksiyasına qarşı vaksinin hər iki dozası tətbiq edilmiş jurnalistlər bununla əlaqədar müvafiq sənədi mayın 31-dən başlayaraq Mətbuat Şurasından əldə edə biləcəklər./apa
    PAYLAŞ:

    Oxşar xəbərlər