30 ilə yaxın davam edən, Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşmuşdu. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymaraq təxribatlarını, əsassız iddialarını, sərsəm bəyanatlarını davam edirməklə himayədarlarından aldığı maddi və mənəvi dəstəyi arxalanaraq işğalçılıq siyasətlərini davam etdirmək niyyətlərindən əl çəkmək istəmirdilər. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün bütün vasitə və imkanlardan istifadə etdi , bu illər ərzində dünyadan bu münaqişənin həllinə ədalətli yanaşma gözlədi.
Təəssüflər olsun ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmədi, beynəlxalq hüquqn norma və prinsiplərinə məhəl qoymadı.Azərbaycan isə 30 ilə yaxın bu qətnamələrin icrasını gözlədi. 2020–ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı və Ali Baş Komandan İlham Əliyev əks-hücüm əmri verdi.
Ordumuz 30 il ərzində işğalçı erməni ordusunun qurduğu keçilməz istehkamları aşaraq 44 gün ərzində işğal altında olan ərazilərimizin böyük əksəriyyətini azad etdi və üçrəngli bayrağımızı Şuşa şəhərində dalğalandırdılar. Beləliklə ,Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdi. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan hökuməti sulhə məcbur edildi və 2020-ci il noyabrın 10 da kapitulyasiya aktını imzaladı.
Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır.Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev qeyd etmişdir ki, müzəffər Azərbaycan ordusu döyüş meydanında şərtsiz üstünlüyə malikdir: “Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır”.
İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilıb dağidılmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir.
Qısa müddət ərzində Ermənistan başa düşdü ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ötən müddət ərzində iqtisadiyyatın inkişafı, düzgün aparılmış xarici və daxili siyasət, ordu quruculuğu istiqamətindəki islahatlar, Silahlı Qüvvələrimizin ən müasir döyüş texnikası ilə silahlanması Ermənistanın təkcə hərbi deyil, danışıqlar prosesində də Azərbaycana uduzmasına gətirib çıxardı. Çünki Ermənistan hakimiyyəti siyasi müstəvidə də qeyri-konstruktiv yanaşma nümayiş etdirir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu.
Yəni, Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı.Cənab Prezident İlham Əliyev hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayandığını söylərək,yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacağını bildirdi.
Ölkə başçımız dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət etdiyini söylədi.Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.
Baş Komandan İlham Əliyevin rəhbərliyi Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət etdiyini söylədi.Gənclər cəmiyyətimizin aparıcı qüvvələridir. Bu gün bütün dünyanın gözü qarşısında cənab Ali Baş Komandan İlham Əliyevin lider olaraq xalqa güvənməsi və xalqın da dəstəyi bizlərə tarixi qələbəni yaşatdı. Təbii ki, haqlı mübarizəmizdə qalib olmağımız artıq, biz gənclərin qarşısında dövlətin, dövlətçiliyin inkişafı üçün yeni məqsədlər və məsuliyyətlər qoyur.
Yaşasın Müstəqil Azərbaycan Respublikası!
Qarabağ Azərbaycandır!
Cəlal Məmmədli,
Masallı rayon Tarix Diyarşünaslıq muzeyinin fond mühafizəçisi