Azərbaycanda koronavirusa qarşı 2 milyon 21 min 371 vaksin vurulub

Azərbaycanda koronavirusa qarşı 2 milyon 21 min 371 vaksin vurulub
  • Cəmiyyət

  • Mayın 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34 min 287 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24233, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 10054 nəfər olub.

    Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 21 min 371-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 158 min 631, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 862 min 740 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər