Azərbaycanda koronavirus infeksiyasından daha 769 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus infeksiyasından daha 769 nəfər müalicə olunaraq sağalıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 769 nəfər müalicə olunaraq sağalıb, 406 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 331 min 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 319 min 271 nəfər müalicə olunaraq sağalıb, 4839 nəfər vəfat edib. Aktiv xəstə sayı 7773 nəfərdir.

    Ötən müddət ərzində 3 milyon 435 min 192 test aparılıb. Bugünkü test sayı isə 10009-dur.
    PAYLAŞ:

    Oxşar xəbərlər