Azərbaycanda koronavirus infeksiyasından daha 893 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus infeksiyasından daha 893 nəfər müalicə olunaraq sağalıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 893 nəfər müalicə olunaraq sağalıb, 437 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 331 min 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 318 min 502 nəfər müalicə olunaraq sağalıb, 4828 nəfər vəfat edib. Aktiv xəstə sayı 8147 nəfərdir.

    Ötən müddət ərzində 3 milyon 425 min 183 test aparılıb. Bugünkü test sayı isə 10569-dur.
    PAYLAŞ:

    Oxşar xəbərlər