Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı hücumları davam etdirsə, biz mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə deyib.
köməkçisi qeyd edib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan isə qisasını mülki insanlardan almağa çalışır. Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik.