Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb.
Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahir Abbaszadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də var. Qeyd olunur ki, bu şəxslər şəhid məzarının yanında yerləşən bulaqda spirtli içki də soyudublar.
Məsələ ilə bağlı Laçının Güləbird kəndində adına bulaq olan Humay Hümbətovun oğlu Ərşad Hümbətov Baku TV-yə danışıb. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Ərşad Hümbətov atasının şəhid olmadığını, həmin bulağın 1970-80-ci illərdə salındığını bildirib.
“Atam 1987-ci ildə rəhmətə gedib. Ondan sonra isə el arasında o bulağın adı Humay bulağı adlandırılıb. O şəkili də, bulağın üstündəki plakatı da 2021-ci ilin yanvar ayında özüm vurmuşam ora. Qardaşım Rizvan Hümbətov 1992-ci ildə şəhid olub və Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib” – deyə, o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində: