Xəbər verdiyimiz kimi, bu gün saat 13 radələrində düşmən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziləri raketlərdən atəşə tutub.
LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, düşmənin törətdiyi terror nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb.