Vətən müharibəsi iştirakçısı

Vətən müharibəsi iştirakçısı
  • Cəmiyyət

  • Vətən müharibəsi iştirakçısı, Ağdaş rayonunun Qarağan Şıxlar kənd sakini, 1993-cü il təvəllüdlü Niyazi Gündüz oğlu İbrahimli mayın 14-də axşam saatlarında vəfat edib. 

    LEQAL.AZ xəbər verir ki, bu barədə “qafqazinfo”ya Ağdaş rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Mahir Musayev məlumat verib. Qeyd edib ki, səhhətində problem olduğu üçün Bakı şəhərinə gətirilsə də, qazinin həyatını xilas etmək mümkün olmayıb.

    Onun sözlərinə görə, 28 yaşlı qazi ötən ilin dekabrında ordudan tərxis olunub. Bir müddət əvvəl koronavirusa yoluxan qazinin qəfildən səhhəti pisləşib:

    “N. İbrahimli tərxis olunandan sonra səhhəti ilə bağlı hər hansı şikayəti olmayıb. Bir müddət əvvəl koronavirusa yoluxub, sağalandan təxminən bir ay sonra halı qəfildən pisləşib, ürəyində problem yaranıb. Mingəçevir xəstəxanasına, oradan da göndərişlə Bakıya aparılıb. Lakin hələ hansı səbəbdən vəfat etməsilə bağlı məlumat verilməyib”.  

    İcra hakimiyyəti rəsmisi bildirib ki, qazi dünən doğulduğu kənddə dəfn olunub. 

    Xatırladaq ki, N. İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb. Ailəli idi, bir övladı var. 

    PAYLAŞ:

    Oxşar xəbərlər