Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
  • Cəmiyyət

  • Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

    Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

    Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 26-31 isti,

    Bakıda gecə 18-20 isti, gündüz 29-31 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

    Nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq.

    Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoz

    Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,

    bu da meteohəssas insanlar üçün əlverişlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər