Dünya şəhərlərinin dörddə biri qəfil iqlim fəlakətindən xilas ola bilməyəcək. Mütəxəssislər dünya şəhərlərinin qlobal istiləşməyə hazırlığını yoxlayıblar və bu məqsədlə 800 yaşayış məntəqəsində araşdırma aparılıb. Bunlardan 43 faizində iqlim dəyişikliyinin təhdidləriylə mübarizə planı olmayıb.
Qeyd edək ki, qlobal istiləşmə ilə mübarizə üçün 2015-ci ildə 186 ölkə və Avropa İttifaqı Paris İqlim Sazişini imzalayıb. Azərbaycan bu Sazişə 2016-cı ilin aprel ayında imza atıb.
Araşdırmalara görə, bəzi ölkələrdə ətraf mühitə mənfi təsirləri azaltmaq üçün dəstəkləyici tədbirlər görməyə çalışırlar. Binaların damlarına günəş panelləri quraşdırılır, parkların sayı artırılır. London, Bristol, Los-Anseles və Afina bunun yaxşı nümunəsidir. Yunanıstanın paytaxtında sakinlər küçələri sərinlətmək üçün evlərinin damlarını yaşıllaşdırırlar.
Bəs Azərbaycan qlobal istiləşməyə hazırdır?
Ətraflı Baku TV-nin süjetində: