"Facebook" şirkəti daha bir ölkədə "WhatsApp" messenceri üzərindən pulköçürmə funksiyasını əlçatan edib. İndi yalnız Hindistan sakinləri deyil, həmçinin Braziliya vətəndaşları bu imkandan yararlana bilərlər. Amma "WhatsApp Pay" funksiyası hələ ki istifadəçilərin bir hissəsinə əlçatandır.
LEQAL.AZ “milli.az “a istinadən xəbər verir ki, messencerin nümayəndələri bildiriblər ki, yaxın vaxtlarda daha çox istifadəçi yeni funksiyaya giriş imkanı əldə edəcək. "9to5Mac" nəşri yazır ki, pulköçürmə sisteminin daxilində komissiya yoxdur.
"WhatsApp Pay" funskiyasında yeganə məhdudiyyət pul köçürülməsinə qoyulmuş limitdir. İstifadəçi bir dəfəyə 184 dollardan çox pul göndərə bilməz. Pul köçürülməsi və qəbulu üçün aylıq limit 920 dollardır.