Azərbaycanda daha 1 392 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Azərbaycanda daha 1 392 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 392 yeni yoluxma faktı qeydə alınıb, 2 274 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib. 26 125 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, bu günə qədər isə ümumilikdə 3 229 867 test icra olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər