Azərbaycanda daha 1 402 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib

Azərbaycanda daha 1 402 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 402 yeni yoluxma faktı qeydə alınıb, 2 238 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib. 27 036 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, bu günə qədər isə ümumilikdə 3 218 111 test icra olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər