Aprelin 25-i Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Zaqatala Dövlət İdarəetmə Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə "Karantin dövründə psixoloji sağlamlığımızı qorumağın yolları" mövzusunda onlayn seminar keçirildi.
Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, psixoloq Aydan Qasımova çıxışında karantin dövründə zamanımızı doğru idarə edəcək texnikalardan və şəxsi inkişafımıza faydalı olacaq fəaliyyətlərdən bəhs etdi.
Seminarda həmçinin pandemiya müddətində yarana biləcək psixololoji gərginlik və stres hallarının qarşısının alınması üçün tövsiyələr verildi.
Seminarın sonunda psixoloq iştirakçıların suallarını cavablandırıb.