Musiqiçimiz "Grand Prix" mükafatına layiq görülüb

Musiqiçimiz "Grand Prix" mükafatına layiq görülüb
  • Mədəniyyət

  • İtalyanın Roma şəhərində UNESCO Avropa Folklor Musiqi Festivalları Assosiasiyası (EAFF) və BRİDGES Festivalları Fondunun təşkil etdiyi "STELLE DI ROMA 2024" Beynəlxalq Müsabiqəsində ölkəmizi təmsil edən kamança ifaçısı Pərviz Fərhadov müsabiqənin "Grand Prix" mükafatına layiq görülərək diplom, medal və festivalın kuboku ilə təltif edilib.

    Müsabiqədə London Vokal Universitetinin və İtaliya D'Arte Akademiyasının professoru Laviniya Fiorani (İtaliya), bir çox dövlət əhəmiyyətli musiqi tədbirlərinin və məşhur televiziya musiqi verlişlərinin layihə rəhbəri Yana Rezkova (Çexiya), Pezaro Konservatoriyasının Şimli Alətlər Kafedrasının müdüri Simona Bredi (İtaliya) münsiflər heyyətində təmsil olunublar.

    Festivala İtalya, Çexiya, Latviya, Ruminya, Slovakiya, Bolqarıstan, Sloveniya, Estoniya, Yunanistan, Macaristan və Azərbaycandan istedadlı musiqiçilər qatılıblar.

    Qeyd edək ki, müsabiqənin "Grand Prix" mükafatına layiq görülən Azərbaycanın tanınmış kamança ifaçısı Beynəlxalq Müsabiqələr qalibi Pərviz Fərhadov Azərbaycan Milli Konservatoriyasının müəllimi, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti, Beynəlxalq Türk Dünyası Gənclər Şürasının üzvüdür.


    PAYLAŞ:

    Oxşar xəbərlər