"İdman menecmenti" layihəsinin ilk təlimi keçirildi

"İdman menecmenti" layihəsinin ilk təlimi keçirildi
  • Cəmiyyət

  • Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Beynəlxalq onlayn təlimdə fərqlənən bir neçə fəal gənclərə sertifaktlar təqdim etmişdir.                 
     
    İlk öncə Baş İdarə rəisi H.Nəsirov Azərbaycan Milli Olimpiya Komitəsinin Aparat və İdman Könüllüləri İB-nin rəhbərliyi adından gəncləri salamlayaraq, gələcəkdə bu cür beynəlxalq tədbirlərdə Gəncə şəhərini daim yüksək səviyyədə təmsil etmələrini vurğulamış və onlara gələcək ictimai fəaliyyətlərində dövlətçilik naminə uğurlar arzulamışdır.

    Qeyd edirik ki, Beynəlxalq Olimpiya Komitəsinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2020 il 22 noyabr  tarixindən 27 noyabradək Ceyhun Rəhmanov tərəfindən online olaraq  "İdman Menecmenti" təlimi keçirilmişdir. Təlimdə Gəncə şəhərindən 7 nəfər gənc iştirak etmiş və Beynəlxalq Sertifikatla təltif olunmuşdurlar.

    Müəllif: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər