Türkiyədə yeni növ koronovirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.
LEQAL.AZ Türkiyənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə 49 584 nəfərdə koronovirusa yoluxma faktı aşkarlanıb.
Bu infeksiyadan 211 nəfər həyatını itirib.
2 477 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronovirusdan ölənlərin sayı 32 667 nəfərə çatıb.