Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim edilib

Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim edilib
  • Cəmiyyət

  • Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində yaxın 5 ildə həmin kateqoriyadan olan daha 11 min şəxs mənzil və fərdi evlə təmin olunacaq.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, bu fikir Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzilin təqdim olunması zamanı bildirilib.

    Tədbirdə Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və başqaları iştirak ediblər.

    Qeyd olunub ki, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı hər il daha da genişlənir. Buna misal olaraq 2018-ci ildə 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934, 2020-ci ildə 70 faizə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq. Bu il artıq 200 mənzil təqdim olunub.

    Mənzillərlə təmin edilən şəhid ailələri və müharibə əlilləri onlara göstərilən yüksək qayğıya, şəhid ailələri və müharibə əlilləri ilə əlaqədar geniş miqyas alan sosial dəstək tədbirlərinə, həmçinin yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər