Azərbaycanda daha 1 831 nəfər koronavirusa yoluxub, 27 nəfər vəfat edib

Azərbaycanda daha 1 831 nəfər koronavirusa yoluxub, 27 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 256 201 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3 491 nəfər vəfat edib, aktiv xəstə sayı 16 559 nəfərdir.

    Son sutka ərzində 10 590, hazırkı dövrədək isə 2 837 044 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər