Koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar

Koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar
  • Cəmiyyət

  • Polis əməkdaşları martın 26-da respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Qaradağ rayon sakinləri R.Qurbanov və F.Feyzullayev, Sabunçu rayon sakini R.Rəhimov və Masallı rayon sakini M.Bədəlbəyliyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyənləşdirilib.

    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Daxili işlər orqanlarının əməkdaşları karantin rejiminin tələblərinə riayət olunması, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər. Vətəndaşlardan xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər