İctimai yerlərdə müəyyənləşdirilən koronavirus xəstələri məsuliyyətə cəlb olunublar

İctimai yerlərdə müəyyənləşdirilən koronavirus xəstələri məsuliyyətə cəlb olunublar
  • Hadisə

  • Polis əməkdaşları paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsini martın 12-də ictimai yerdə aşkarlayaraq saxlayıblar.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Bakı şəhər sakinləri 38 yaşlı N.Rzayevə və 36 yaşlı T.Bayramovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları da məlumatlandırılıb.

    N.Rzayev barəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.

    Daxili işlər orqanlarının əməkdaşları karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər. Nazirlik vətəndaşlara bir daha müraciət edərək onları xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır.
    PAYLAŞ:

    Oxşar xəbərlər