Azərbaycan tərəfi Qarabağdakı hərbi əməliyyatlar zamanı cəbhənin Füzuli rayonu istiqamətində məhv edilmiş daha 15 erməni hərbi qulluqçunun meyitinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.
LEQAL.AZ-ın xəbərinə görə, meyitlərin təhvil proses bu gün - martın 19-da baş tutub.
Ermənistan tərəfindən verilən məlumata görə, meyit qalıqları tanınmaz halda olduğundan onların kimlikləri məhkəmə ekspertizasından sonra müəyyənləşəcək.
Beləliklə, 13 noyabr 2020-ci ildən bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən tapılmış erməni hərbçilərinə məxsus meyitlərin ümumi sayı 1518-ə çatıb.