FHN Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

FHN Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
  • Cəmiyyət

  • Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

    FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmrə imzalayıb.

    Əmrə əsasən, qarşıdan gələn qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər